“Barselona” mövsümün sonunda 8 futbolçusu ilə vidalaşa bilər.

ESPN-in məlumatına görə, klub rəhbərliyi Lionel Messi, Mark-Andre Ter Ştegen və Frenki De Yonqdan başqa digər futbolçuların hər birinin transferini satmağa hazırdır. Katalonların əsas məqsədi isə yayda “İnter”dən Lautaro Martinesi, PSJ-dən isə Neymarı transfer etməkdir. İndiki məqamda onlardan yalnız birinin keçidi real görünür.Amma hər ikisinin “Nou Kamp”a qədəm qoyacağı da istisna olunmur.

“Barselona” həmçinin sağ cinah və mərkəz müdafiəçisi, habelə yarımmüdafiəçi almaq haqda da fikirləşir.